Modern.az

Deputat Yevda Abramov: “Qubada bir kənd var, elə bil zəlzələdən çıxıb”

Deputat Yevda Abramov: “Qubada bir kənd var, elə bil zəlzələdən çıxıb”

15 Mart 2011, 14:47

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Artur Rasizadənin hesabatından sonra müzakirələr zamanı söz alan deputat Yevda Abramov diqqəti Qubanın Qonaqkənd yaşayış məntəqəsinin problemlərinə yönəldib. Y.Abramov deyib ki, Qonaqkənddə nə uşaq bağçası var, nə də tibb məntəqəsi, məktəb isə yanıb, yolları həddindən artıq bərbad vəziyyətdədir. “Kəndə verilən elektrik enerjisini daşıyan işıq dirəkləri 20 ildir dəyişdirilməyib” deyən Y.Abramovun sözlərinə görə, bu səbəbdən elektrik naqilləri tez-tez qırılıb yerə düşür, hətta bir dəfə belə hadisə zamanı azyaşlı uşağı cərəyan vurub öldürüb. Deputat Qonaqkəndi zəlzələdən çıxan xaraba yaşayış məntəqəsinə bənzədib. Y.Abramov hökumət üzvlərinin diqqətini həm də ona yönəldib ki, iki il öncə kənd təsərrüfatında işlətmək məqsədilə xaricdən gətirilən dərmandan istifadə nəticəsində Qubada bütün meyvə bağları məhv olmağa başlayıb. Deputat aidiyyatı qurumların rəhbərlərini qaldırdığı məsələlərə diqqət yetirməyə çağırıb. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?