Modern.az

Vitse-spiker: “Sərkisyana və xanımına müraciət edirəm....”

Vitse-spiker: “Sərkisyana və xanımına müraciət edirəm....”

15 Mart 2011, 15:12

Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bu günkü iclasında

Ermənistan prezidenti Serj Sərkisyana və onun həyat yoldaşına müraciət edib. Modern.az-ın əməkdaşının məlumatına görə, Bahar Muradova müraciətində son günlər erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Fariz Bədəlovun qətlini pisləyərək Sərkisyanın həyat yoldaşını Ermənistanın uşaq qatili olmasını dayandırmağa çağırıb.

Mən Azərbaycan parlamentinin vitse-spikeri kimi Ermənistan prezidenti Serj Sərkisyana və onun xanımına müraciət edirəm: öz xalqınızı uşaq qatili olmaqdan çəkindirin!”.

B.Muradova diqqəti bir neçə gün əvvəl Ağdamın Orta Qərvənd kəndində erməni snayperindən açılan atəş nəticəsində Fariz Bədəlovun qətlinə yönəldərək deyib ki, bu hadisə 8 Mart Beynəlxalq Qadınlar Günü, insanların Novruz Bayramına hazırlaşdığı bir vaxtda baş verib: “Bu addım prezidentlərin Soçi görüşündən sonra oldu. Öldürülən hərbçi deyil, 9 yaşlı uşaqdır. Mən bu gün Azərbaycanda səfərdə olan ATƏT sədrinə müraciət edirəm. Nə vaxta qədər uşaq qatili olan Ermənistana dəstək verəcəksiniz? Biz hər dəfə bu məsələləri qaldıranda tərəflər arasında etimadın təmin olunmasından danışırlar? Bundan sonra qarşı tərəfə necə etimad göstərmək olar?” B. Muradova, həmçinin Azərbaycan qadınlarına müraciət edərək, Novruz Bayramı günü süfrələrində Azərbaycan ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsini yad etmək üçün şam yandırmalarını xahiş edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir