Modern.az

Vahid Əhmədov qiymət artımını monopoliya ilə əlaqələndirdi

Vahid Əhmədov qiymət artımını monopoliya ilə əlaqələndirdi

Parlament

15 Mart 2011, 16:11

Millət vəkili Vahid Əhmədov parlamentin bu günkü iclasında hökümətin hesabatı ilə bağlı müzakirələr zamanı ərzaq təhlükəsizliyi məsələsinə toxunub. Modern.az əməkdaşının Milli Məclisdən verdiyi məlumata görə, deputat bu sahədə vəziyyətə diqqəti yönəldərək bildirib ki,

qoyulan investisiyaların 10-12 faizi mütləq kənd təsərüfatı sahəsinə ayrılmalıdır. Son zamanlar baş verən suni qiymət artımına münasibət bildirən deputat bunu monopoliya ilə əlaqələndirib.

  

2006-2011-ci illərdə Neft Fondundan büdcəyə 20 milyard manat vəsait daxil oduğunu nəzərə çatdıran deputat deyib ki, bu məbləğ büdcənin 30 faizini təşkil edir. “Mən bunun əleyhinə deyiləm. Sadəcə bu məsələ vergilər və digər büdcəni formalaşdıran orqanlarda arxayınlıq yarada bilər”-deyə millət vəkili qeyd edib.  

 

Daha sonra V.Əhmədov Quba rayonu ilə bağlı bir məsələyə toxunub. Deputat qeyd edib ki, Qubada bərbad halda olan Diyarşunaslıq müzeyinin bərpası  ilə bağlı ötən il müraciət edib və baş nazirin müavini Abid Şərifov deputata deyib ki, bu məsələ hökümətin iş planına salınacaq. “Çox təssüflər ki, bu iş planına salınmadı”-deyə deputat vurğulayıb.  

 

Deputat həımçinin vurğulayıb ki, Qubada içməli su ilə bağlı çox ciddi problemlər var və  bu məsələ öz həllini tapmır. “Biz bu məsələni ildə üç ədəd artezian quyusu qazmaqla süni şəkildə həll eləməyə çalışırıq”.

 

Meyvələrə vurulan dərmanlara toxunan deputat qeyd edib ki, bununla bağlı baş nazir Artur Rəsizadəyə müraciət edib. “Müvafiq qurumlarla görüşlər də keçirmişəm. Mən Dövlət Gömrük Komitəsinin sədrinə, Dövlət Standartlaşma və Metrologiya Komitəsinə müraciət eləmək istəyirəm ki, bu məsələ ilə bağlı ciddi məşğul olsunlar. Sərhəddən əgər hər hansı bir standarta uyğun olmayan dərman keçirilsə, bizim meyvələr məhv ola bilər”.

Vahid  Əhmədov çıxışı zamanı deputatlara paylanmış hökümət hesabatının böyük həcminə etirazını bildiirb. “Bu boyda kitabı bura təqdim eləməyə ehtiyac yoxdur. Hesab edirəm ki 20-25 səhifəlik bir sənəd verilsəydi, bəs edərdi”-deyə deputat vurğulayıb. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü