Modern.az

YAP-dan hökümətə sürpriz təklif

YAP-dan hökümətə sürpriz təklif

15 Mart 2011, 16:24

Əli Əhmədov

höküməti insanların mənzil məsələlərini həll etməyə çağırdı və 1 milyard pul ayrılmasını istədi

Modern.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov parlamentin bu günkü iclasında höküməti insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün təkliflər hazırlamağa çağırıb. Deputat xüsusi olaraq vurğulayıb ki,Azərbaycanda insanların həyat şəraiti yaxşılaşdırılsa da, insan artımı ilə bağlı mənzillərə xüsusi ehtiyac duyulur.

“İnsanların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı 10 illik dövlət proqramı hazırlansın və bunun həyata keçməsi üçün 1 milyarddan artıq pul  ayrılsın”-deyə hökümətə səslənən millət vəkili qeyd edib ki, belə bir proqram insanların müəyyən mənzillərlə təmin olunmasına böyük kömək olar.

 

Əli Əhmədov büdcənin icrasından razı qaldığını deyib. Deputat vurğulayıb ki,

Azərbaycanda 10 il ərzində 1 milyon insan artıb, son  20 il ərzində 2 milyon artım hiss olunub. “İnsan artımı həm də işci qüvvəsinin artımı deməkdir. Ancaq biz bununla səmərəli istifadə edə bildikmi? Təbi ki, bundan səmərəli istifadə edilməsə, sosial problemlərdə ortalığa çıxa bilər. Prezident İlham Əliyevin imzaladığı dövlət proqramının nəticəsi hesabına 100 minlərlə yeni iş yerləri açılıb, mən hesab edirəm ki bu məsələlər davamlı olmalıdır”-deyə deputat bildirib.

 

Hakim partiyadan olan milət vəkili Aydın Mirzəzadə çıxışında Əli Əhmədova dəstək olaraq bildirib ki, ipoteka şərtləri yumşaldılmasa, əhalinin kasıb təbəqəsi üçün ciddi problemlər ortaya çıxa bilər.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir