Modern.az

Vitse-spiker etiraz aksiyalarını normal hal sayır

Vitse-spiker etiraz aksiyalarını normal hal sayır

15 Mart 2011, 16:50

Milli Məclisin vitse-spikeri Bahar Muradova son günlər Bakıda keçirilən kütləvi aksiyalarla bağlı mövqeyini mediaya açıqlayıb. B.Muradova deyib ki, Azərbaycan demokratik cəmiyyətdir və burada hamının eyni cür düşündüyünü təxmin etmək sadəlövhlük olardı. “Aksiyalar müxtəlif fikirli insanların öz mövqeyinin ifadə formasını seçməsidir. Bunu mən belə dəyərləndirirəm”. B.Muradova etiraz üçün küçələrə çıxanları qüvvə adlandırmağın düzgün olmadığını vurğulayıb. “Bu dairələrin kimliyi və nəyə qadir olduğunu hər kəs bilir. Bu, qüvvə deyil. Narazı şəxslər bütün ölkələrdə var, Azərbaycanda da ola bilər. Bəzi adamlar var ki, narazılıqlarının nədən ibarət olduğunu özləri də bilmirlər. Bu narazılığın nədən ibarət olduğunu müəyyənləşdirsələr, bizə də məlumat versinlər”. O, Yaxın Şərq ölkələrində baş verən son hadisələrin Azərbaycana transfer olunacağı ilə bağlı təhlükəni təkzib edib.  “Bu, qətiyyən mümkün deyil. Həmin proseslərin Azərbaycanda reallaşması üçün isə ölkə daxilində dayaq yoxdur. Azərbaycanda belə istəklər dəfələrlə olub, lakin nəticəsiz qalıb”-deyə vitse-spiker bildirib. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir