Modern.az

Goranboylu deputat: “Həkimin intiharı ilə bağlı hələlik heç nə deyə bilmərəm”

Goranboylu deputat: “Həkimin intiharı ilə bağlı hələlik heç nə deyə bilmərəm”

Parlament

15 Mart 2011, 16:27

“Keçmiş baş həkimin intiharı ilə bağlı istintaq davam edir”. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, Goranboy rayonunun deputatı Mahir Aslanov rayonun sabiq baş həkimi Faiq Abdullayevin intihar hadisəsi ilə bağlı Modern.az saytına danışarkən məlumat verib.

O, bildirib ki, baş verən intihar hadisəsi ilə bağlı hazırda istintaq prosesi davam edir. “Hadisənin başvermə səbəbləri ilə bağlı bütün məlumatlar konkret olaraq istintaqın nəticəsindən sonra bilinəcək”.

M.Aslanov baş həkimin yaxınlarının səsləndirdikləri iddialarla bağlı belə deyib: “Hələlik heç bir şey deyə bilmərəm. Sadəcə biz gözləyək, istintaq yekunlaşsın. Ondan sonra biz söz deyə bilərik”.

 

Xatırladaq ki, məlum hadisə fevral ayının 4-də gecə saatlarında baş verib. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar