Modern.az

Milli Məclisdə “Hökumətə istefa!” çağırışları...

Milli Məclisdə “Hökumətə istefa!” çağırışları...

15 Mart 2011, 17:15

Millət vəkili baş nazir Artur Rasizadənin Nazirlər Kabinetinin buraxılmasını istədi 

Milli Məclisin axşam iclasında hökümətin hesabatı ilə bağlı müzakirələr davam etdirilib. Modern.az xəbər verir ki, Milli Məclisdə çıxış edən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə höküməti istefa verməyə çağırıb. Hökümətin hesabatını tənqid edən deputat qeyd edib ki, ölkədə müşahidə olunan bahalaşmaya qarşı Nazirlər Kabineti heç bir effektli tədbir görə bilməyib.

“Azərbaycanda rəsmi olaraq istehlak səbətinin xərci adambaşına 162 manat elan olunub. Amma təqaüdçülərə cəmi 112 manat pensiya verilir. Bu necə inkişafdır?”-soruşan millət vəkili bildirib ki, son bir ildə çörək 33 faiz bahalaşıb.Amma bunun müqabilində əmək haqlarında heç bir artım olmayıb. Millət vəkili açıqlanan hesabatı şərh edərək deyib ki, sənəddə bütün rəqəmlər yazılsa da, onun necə xərcləndiyinə dair heç bir məlumat yoxdur. “Mən höküməti istefa verməyə çağırıram”-deyən deputat son günlər gənclərə qarşı təzyiq kampaniyasını pisləyib. Onun sözlərinə görə, tələbələrə müxtəlif təzyiqlər edərək onların ictimai fəaliyyətinə süni əngəllər yaradırlar.  Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?