Modern.az

Bakıda jurnalistlər polislərlə futbol oynayacaqlar

Bakıda jurnalistlər polislərlə futbol oynayacaqlar

Media

15 Mart 2011, 18:06

Novruz bayramı ərəfəsində jurnalistlərin polislərlə futbol matçının təşkili nəzərdə tutulur. Martın 19-u saat 11.00-da «Şəfa» stadionunda baş tutacaq oyun Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş silsilə tədbirləri çərçivəsində keçiriləcək.

 

Jurnalistlərin bu qəbildən olan ikinci futbol matçının Milli Məclisin deputatları ilə təşkili planlaşdırılır. Qələm sahiblərinin futbolun 100 illiyi münasibətilə sonuncu oyunları ölkənin tanınmış futbol veteranları ilə olacaq.

 

Qeyd edək ki, Mətbuat Şurası ilə Bakı Futbol Federasiyası arasında əldə olunmuş razılığa görə, əlamətdar yubileylə əlaqədar Azərbaycan futbolun təbliğində fəal rol oynayan jurnalistlərlə geniş tərkibli görüşün təşkili və onların mükafatlandırılmaları nəzərdə tutulur.

 

  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!