Modern.az

3 deputat, 1 eks-deputat QHT Şurasından qrant udub

3 deputat, 1 eks-deputat QHT Şurasından qrant udub

Parlament

15 Mart 2011, 18:23

Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə ayırdığı təşkliatlar arasında Milli Məclisin deputatlarının rəhbərlik etdiyi 3 QHT-də var. Modern.az Şuranın siyahısına istinadən bildirir ki, deputat Elxan Süleymanovun prezidenti olduğu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası “Seçici hüquqlarının müdafiəsi” layihəsi üçün 6 min manat maliyyə alıb.

 

Digər bir qalib deputat Məlahət İbrahimqızının rəhbəri olduğu “Lider Qadınlar” İctimai Birliyidir. “Qarabağ müharibəsi qadınların gözü ilə” kitabını çap etmək üçün Şura ona 9 min manat ayırıb.

 

Millət vəkili Əli Məsimlinin təsisçisi olduğu İqtisadi və Sosial İnnovasiylar İnstitutu da qaliblər sırasında yer ala bilib. Deputatın “Azərbaycanın şimal-qərb rayonlarında sosial problemlərin araşdırılması və müvafiq sosial qanunvericiliyin ictimailəşdirilməsi” layihəsi üçün Şura 7 min manat pul ayırıb.

 

Siyahıda bir keçmiş millət vəkili də var. Sabiq millət vəkili Lalə Abbasovanın rəhbəri olduğu “Qadın və Tərəqqi” İctimai Birliyinə “Kino sənayesində zorakılığın, amansızlığın və pornoqrafiyanın açıq nümayişi əleyhinə maarifləndirmə tədbirləri” layihəsi üçün 5000 manat pul verilib.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü