Modern.az

Siyavuş Novruzovdan müxalifətə çağırış: “Gəncləri ağac əkməyə çağırın”

Siyavuş Novruzovdan müxalifətə çağırış: “Gəncləri ağac əkməyə çağırın”

15 Mart 2011, 19:08

st1:*{behavior:url(#ieooui) }

YAP-çı deputat İqbal Ağazadənin çıxışına kəskin reaksiya verib

 

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin höküməti istefaya çağırmaq tələbinə sərt reaksiya verib. Milli Məclisin axşam iclasında çıxış edən S. Novruzov onu rəhbərlik etdiyi partiyanın maliyyə hesabatlarını gizlətməkdə ittiham edib.

 

O qeyd edib ki, Milli Məclisdə çıxış edən partiya sədrləri ömürlərində bir dəfə də olsa maliyyə hesabatı verməyiblər. “Onlar necə bu boyda hesabata münasibət bildirə bilirlər”-deyən YAP-çı deputat İ.Ağazadənin gətridiyi arqumentləri “səhv” adlandırıb.

“Ümumiyyətlə bunların söylədikləri rəqəmlərin hamısı səhv rəqəmlərdi. Onlar söyləyirlər ki, Neft Fondundan gələn gəlirlər hara gedir. Necə yəni hara gedir? Qaçqın və məcburi köçkünlər üçün mənzillər tikilir, yolar çəkilir, uşaq bağçalar, xəstəxanalar tikilir. Bunu gözünüz görmür? Bütün bunları görmək lazımdı. Elə qüvvələr var ki, ancaq Amerikanın tikdiyi hər hansı bir məktəbi görürsə, bu başqa məsələ. Azərbaycan hökümətinin  gördüyü işləridə görmək lazımdır”-deyə S.Novruzov narazılıqla qeyd edib.

 

Əmək haqlarının artırılması ilə bağlı danışan deputat bildirib ki, bu illər ərzində maaşlar xeyli artırılıb. “2003-cü ildə tələbələri nə günə saldınız? Onları çıxartdınız küçələrə özünüz qaçıb gizləndiniz. Heç olmasa o məsələlərdən özünüzə bir ibrət dərsi götürün. Ağıllı işlə məşğul olun. Gənclərlə işləmək istəyirsinizsə, onları ağac əkməyə çağırın, gənclərin mədəniyyəti, intellekti ilə məşğul olun. Mitinqə niyə çağırırsınız onları? Hökümətin yaratdığını siz dağıtmalısınız? Heç olmasa Amerikaya, Fransaya bir baxın, görün sizin güvəndiyiniz Fransada mitinqçiləri atın qabağına qatıb necə ora-bura qovurdular. Bu məsələlərdən özünüzə bir ibrət dərsi götürün”-deyə YAP-çı deputat əsəbi şəkildə bildirib.

 

  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu