Modern.az

Qalib jurnalistlərin adları bu gün elan olunacaq

Qalib jurnalistlərin adları bu gün elan olunacaq

16 Mart 2011, 12:28

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist müsabiqəsinin nəticələri bu gün açıqlanacaq. Bu barədə Modern.az saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan məlumat verilib. Qaliblərinin mükafatlandırma mərasimi sabah axşam "Sarı gəlin" restoranında keçiriləcək.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il Novruz bayramı münasibətilə bu il fevralın 7-də élan etdiyi fərdi jurnalist yazılarının müsabiqəsi 7 istiqamətlərdə keçirilir. Müsabiqədə hər mövzu üzrə 3 qalib müəyyən ediləcək, 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Ümumilikdə isə fonda 71 yazı daxil olub.

Mail Ağaxanov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir