Modern.az

Rusiyanın tanınmış agentliyi deputat Hadı Rəcəblidən üzr istədi

Rusiyanın tanınmış agentliyi deputat Hadı Rəcəblidən üzr istədi

Parlament

16 Mart 2011, 20:53

Milli Məclisin üzvü, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Rusiyanın “Reqnum” İnformasiya Agentliyinə etiraz məktubu ünvanlayıb.  Baş redaktor Modest Kolerova ünvanlanmış məktubda deputat agentliyə verdiyi müsahibənin ciddi şəkildə təhrif olunmasından narazılığını ifadə edərək təkzib verilməsini tələb edib

“Bildirmək istəyirəm mən xüsusi olaraq "Reqnum" agentliyinə müsahibə verməmişəm. Agentliyin mənim adımdan yaydığı müsahibə əslində Milli Məclisin komitə iclasından sonra jurnalistlərə verdiyim açıqlamlardır və bu zaman sözlərim ciddi şəkildə təhrif edilib. Müsahibənin başlığı ümumiyyətlə tam təhrif edilib və reallığı əks etdirmir. Bu başlıq müsahibənin mahiyyətini əks etdirmir.

İkincisi, bildirmək istəyirəm ki, bu gün Azərbaycan parlamentində abortun və USM-in qadağan edilməsi ilə bağlı heç bir qanun layihəsi müzakirəyə çıxarılmır. Heç bir sterilizə olunmaq barədə müzkirələrdən söhbət gedə bilməz. Mənim müsahibəmdə bu barədə bir kəlmə də olsun söz yoxdur.

Daha sonra nəzərinizə çatdırıram ki, mən gənc ailələrdə çoxuşaqlılığın qadağan edilməsi ilə bağlı heç bir fikir səsləndirməmişəm. Söhbət yalnız genetik xəstəliklərlə doğlulan uşaqların proflaktik tədbirlərindən gedib.  İran təcrübəsi ilə bağlı sözlərimə gəlincə, bu demək deyil ki, sözügedən praktika Azərbaycanda tətbiq ediləcək. Bizim ölkə üçün bu qəbuledilməzdir”-deyə deputatın məktubunda deyilir.

Modern.az saytının məlumatına görə, “Reqnum” İnformasiya Agentliyi artıq Hadı Rəcəblinin təkzib məktubunu dərc edib və deputatdan üzr istəyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!