Modern.az

Üçüncü dünya müharibəsi olacaq: Qərbdə belə düşünürlər

Üçüncü dünya müharibəsi olacaq: Qərbdə belə düşünürlər

8 Yanvar 2017, 16:57

Qərb ölkələrində yaşayanların əksəriyyəti tezliklə Üçüncü dünya müharibəsinin başlayacğına inanırlar.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu, YouGov şirkətinin keçirdiyi sorğu nəticəsində məlum olub.

 

Monitorinqdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkə vətəndaşları iştirak edib.

 

Üçüncü dünya müharibəsinin qaçılmaz olduğuna amerikalıların 64 faizi əmindir, 15 faiz isə hesab edir ki, münaqişələr sülh yolu ilə həll ediləcək.

 

Britaniyalılar arasında keçirilən sorğunun nəticəsi də təxminən eynidir. Respondentlərin 61 faizi müharibənin qaçılmaz olduğunu deyib.

 

Bundan əlavə, Böyük Britaniya sakinlərinin 71, ABŞ vətəndaşlarının 59 faizi Rusiyadan çəkinir. Fransada isə əhalinin 81 faizi terroru başlıca təhlükə hesab edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu