Modern.az

Mətbuat xidmətləri və KİV-lər: qarşılıqlı əlaqələrin qurulmasında peşəkarlıq

Mətbuat xidmətləri və KİV-lər: qarşılıqlı əlaqələrin qurulmasında peşəkarlıq

17 Mart 2011, 17:03
Azərbaycan Dillər Universitetinin
İctimaiyytələ əlaqələr və

Mətbuat xidmətinin rəhbəri



Bu gün ali təhsil müəssisələri KİV-lə əlaqələri necə qururlar, hansı problemlər mövcuddur, Mətbuat xidməti struktur olaraq özünü doğrulda bilirmi ?

Azərbaycan Respublikası təhsil nazirinin sərəncamına uyğun olaraq, ali təhsil müəssisələrində Mətbuat xidmətləri yaradılmışdır. Ölkəmizin 44 ali məktəbi arasında keçirdiyimiz sorğudan bəlli olur ki, yalnız 10-15 Universitetdə belə bir struktur bölmə mövcuddur. Digərlərində bu iş prorektorlar səviyyəsində və ya müvafiq şöbələr vasitəsilə həyata keçirilir. Bunlar da bəzən ayrılıqda, ya da birlikdə İctimaiyyətlə əlaqələr və ya  Mətbuat xidməti kimi adlanır.

Təbii ki, təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələri çox vacibdir. Mətbuat xidməti strukturu həm də bilavasitə bu əlaqələrin qurulmasına xidmət edir. Çünki Mətbuat xidməti strukturu məhz müəssisənin, bizim misalda, Universitetin ictimaiyyətə açılan və ictimaiyyətin aça biləcəyi “qapı” rolunu oynayır və onu belə dəyərləndirmək olar. Bu qarşılıqlı münasibətlərin inkişafında isə medianın rolu danılmazdır. Məhz bu zaman müəssisə (Universitet) ilə KİV-in əlaqəsi zəruri bir amil kimi ortaya çıxır.

Məlumdur ki, bütün müəssisələr öz fəaliyyətini məhz KİV köməyilə ictimaiyyətin nəzərinə çatdırır. Görülən işlər, həyata keçirilən islahatlar, baş verən yeniliklər KİV-in diqqətindən kənarda qalmır və ictimaiyyətin diqqətinə çatdırılır. Media məhz bu zaman öz IV hakimiyyət funksiyasını yerinə yetirə bilir, bunun üçün bir növ münbit şərait əldə edir. KİV-in mahiyyətinin əsası ortaya çıxır, belə ki, məlumatı, informasiyanı ictimaiyyətin (kütləvi şəkildə) diqqətinə çatdırmaq işini yerinə yetirir, məhz vasitə rolunu oynayır. Burada meydana çıxan digər məqam həmin müəssisənin ictimaiyyət üçün nə dərəcədə açıq olmsıdır, öz fəaliyyətin ictimaiyyətə çatdırmaq , təqdim etmə səviyyəsi necə olmasıdırasa, başqa bir nüans məhz KİV-in hansı məsələni işıqlandırmaqda maraqlı olmasıdır. Bununla bağlı çox misallar vermək olar.

Təhsildən yazan müxbirin və ya süjeti hazırlayan TV jurnalistin bu sahədən biliyi varmı? Onun ümumiyyətlə təhsili varmı? Sonuncu məsələ isə, Azərbaycanda ümumilikdə jurnalistikada ağrılı bir məsələdir. İstənilən sahədə qeyri-peşəkar işçidən səmərəli fəaliyyət gözləmək çətin məsələdir. Bu məsələ mediada çalışan insanlarda xüsusilə qabarıq şəkildə üzə çıxır. Çünki jurnalistika həm də “ictimai” bir peşədir, burada buraxılan səhvlər daha tez və aydın görünür. Bu nöqteyi-nəzərdən, mediada çalışan mütəxəssislərin sayı nə qədər çox olarsa, o zaman biz artıq peşəkarlıqdan danışa bilərik. Burada söhbət hər iki tərəfin peşəkarlığından gedir. Əgər ali təhsil müəssisəsi məhz Mətbuat xidməti vasitəsilə KİV-lə əlaqələrini peşəkarcasına tənzimləyirsə, qarşı tərəf də, sözsüz ki, bu xüsusiyyətlərə malik olmalıdır. Çünki burada artıq jurnalistin həm də etik davranış kodeksləri ilə bağlı məsələləri bilməsi vacibdir. Müxbir yazdığı müəssisə ilə bağlı bir fikir ortaya atırsa, ictimai fikri düzgün yönəltməli, böhtandan, şərdən və yaxud şayiələrə söykənən dirnaqarası mənbələrdən istifadə etməməlidir, yalnız konkret faktlara istinad etməlidir. 

Bu gün Azərbaycanda təhsillə bağlı nəşrlər və TV-də yayımlanan verilişlərə nəzər yetirsək, xatırlatmaq yerinə düşər ki, Azərbaycanda 4000-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Bunun 30-dan çoxu informasiya agentliyi, 50-yə yaxını elektron KİV-dir. Faktiki fəaliyyət göstərən KİV-lərin sayı 600-dən çoxdur. Qəzetlərə gəlincə, Azərbaycanda təxminən 30-dan çox gündəlik, 100-dən çox həftəlik qəzet çıxır. Bunların içərisində təhsillə bağlı çıxan qəzetlər “Azərbaycan müəllimi” (Təhsil Nazirliyinin orqanı), “Təhsil problemləri” (Təhsil Problemləri İnstitutunun orqanı), “Tələbə” (Gənclər üçün Təhsil Mərkəzinin orqanı) qəzetləridir.

Azərbaycanda təhsillə bağlı çıxan jurnallar isə,  “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Azərbaycan məktəbi” jurnallarıdır.

Azərbaycan Televiziyalarında təhsillə bağlı verilişlər sırasında “Təhsil və tərəqqi” (Az.TV), “Sabahın təhsili”(Az.TV), “Təhsil tariximizdən” (AzTV), “Mən azərbaycanlıyam” İntellektual oyunu (Az.TV), “Açıq dərs” (İTV), “Xəmsə” İntellektual oyunu (İTV), “Bilik Akademiyası” (ATV), “Ağıl dəryası” (ANS) İntellektual verilişləridir.

Eyni zamanda, ölkədəki ali məktəblərin bir çoxunda qəzet və jurnallar (elmi jurnallardan başqa) nəşr edilir. Məsələn, “Dövlət İdarəçiliyi” (Azərbaycan Dövlət İdarəçilik Akademiyası), “Bakı Universiteti” (Bakı Dövlət Universiteti), “Təbib” (Azərbaycan Tibb Universiteti), “İqtisadçı” (Azərbaycan Dövlət İqtisad Universiteti), “Gənc müəllim” (Azərbaycan Dövlət Pedaqoji Universiteti), “Ziya” qəzeti (Azərbaycan Texniki Universiteti), “Tələbə dünyası” (Bakı Slavyan Universiteti), “Xəzər Xəbər” (Xəzər Universiteti), “Poliqlot” (Azərbaycan Dillər Universiteti) kimi qəzet və jurnalların adını çəkmək olar. Həmçinin bir sıra ali təhsil müəssisələri müxtəlif TV proqram layihələri həyata keçirirlər. Bunlardan akademik cəhətdən ən uğurlusu ADA Məclisi (İTV) verilişini hesab etmək olar.

Hər bir halda, ali təhsil müəssisələri ölkə KİV-i ilə münasibətləri peşəkar və yüksək səviyyədə qurarlarsa, bu məsələdə mətbuat xidmətinin oynadığı müstəsna rolu düzgün qiymətləndirərlərsə, bu həm müəssisənin, həm də cəmiyyətin xeyrinə olar. Çünki universitetlər öz fəaliyyətlərini ictimaiyyətin açıq müzakirəsinə verməkdən çəkinməyərək, həm də öz auditoriyalarını məhz cəmiyyətin aparıcı qüvvəsi olan gəncliyə etibar edə bilərlər.      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub