Modern.az

Milli Məclisin iki deputatı Tiflisə gedir

Milli Məclisin iki deputatı Tiflisə gedir

18 Mart 2011, 10:21

Martın 23-dən 25-dək Tiflisdə NATO Parlament Assambleyasının 76-cı “Rouz-Rout” seminarı  keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdə Milli Məclis sədrinin birinci müavini, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov iştirak edəcək. Seminarda qlobal müstəvidə Qafqazın yeri, Gürcüstanın avroatlantik inteqrasiyası, bu ölkənin demokratikləşmə perspektivləri, media və vətəndaş cəmiyyəti, daxili siyasi inkişaf prosesləri və Konstitusiya islahatı, regional təhlükəsizlik modeli, həmçinin digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.  Tədbirlərdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.      

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü