Modern.az

Bahar martın 20-dən 21-nə keçən gecə, saat 03.21-də gələcək

Bahar martın 20-dən 21-nə keçən gecə, saat 03.21-də gələcək

19 Mart 2011, 19:03

Bahar Azərbaycana martın 20-dən 21-nə keçən gecə, saat 03.21 dəqiqədə qədəm qoyacaq. Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev məlumat verib. Ə.Quliyevin sözlərinə görə, qeyd edilən vaxtda Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Bundan sonra Günəş Şimal yarımkürəsinə tərəf hərəkət edəcək, günlər uzanacaq. Gündüzün uzanması iyun ayının 21-nə qədər davam edəcək. Martın 20-si axşamı Azərbaycanda həm də Novruz Bayram axşamı hesab olunur.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi