Modern.az

Mədəniyyət müxbirləri: "Müğənni Nüşabə Ələsgərlini ciddi sənətçi saymırıq!"

Mədəniyyət müxbirləri: "Müğənni Nüşabə Ələsgərlini ciddi sənətçi saymırıq!"

Media

21 Mart 2011, 16:32

Müğənni Nüşabə Ələsgərlinin bir müddət öncə jurnalistləri təhqir etməsilə bağlı mövzu xeyli vaxt mətbuatın gündəmində oldu. Qeyd edək ki, bu olay Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin paytaxtda keçirdiyi gecə reydləri zamanı baş vermişdi. Reydləri müşahidə edən iki jurnalist polisin saxladığı müğənniyə yaxınlaşanda, N.Ələsgərli media işçilərinə “düdük!” deyib onları təqhir edərək qovmuşdu.

Həmin hadisədən sonra mediadan üzr istəmək əvəzinə qələm əhlinin üzərinə yeriyən N.Ələsgərli “əgər jurnalist biz müğənnilərdən yazı yazırsa, bunun müqabilində əməkhaqqı kimi qonorar da alır. Misal üçün, qonşuluğumuzda Xeyransa xala var, gedib ondan da yazsınlar da... Axı, Xeyransa xala haqqında yazılan yazı, heç kimə maraqlı olmayacaq” dedi. Müğənninin digər açıqlamasından isə belə məlum oldu ki, o, özü haqqındakı məqalələrin müqabilində şoudan yazan jurnalistlərə pul verir. Bəs şoudan şou-biznes və mədəniyyət sahəsindən yazan jurnalistlər buna nə deyirlər?  Modern.az-ın əməkdaşı  müğənnin iddilarına onların fikirini öyrənib.

 

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı bildirib ki, “Mərkəz” ancaq ciddi sənət adamlarından yazır. “Gör Nüşabə nə gündədir ki, jurnalistlərə pul verib yazı yazdırır. Yaxşı sənətkarı əl-əl axtarırlar, ona pul verib müsahibə alırlar. Bu bütün dünyada belədir”.

C.Səlimqızının sözlərinə görə, şou-biznes nümayəndələrinin əksəriyyəti çətin vəziyyətə düşən kimi, jurnalistləri hədəf secirlər. Jurnalist deyir ki, bu, medianı qaralamaq üçün bir vasitədir: “Özünə hörmət edən jurnalist pul almaz, müğənni isə pul verməz. Günah bizim mediadadır, çünki bu sahədə o qədər təsadafi insanlar var ki, onlar elə hesab edir ki, ən asan iş elə şou-biznesdən yazmaqdır. Bəlkə də bəziləri müğənnilərlə öz aralarında alış-veriş edirlər, bunu deyə bulmərəm.

Bu ifadəni mən özümə yaxın buraxmaq istəmirəm. Mənə elə gəlir ki, Nüşabə bu ifadəni işlətməklə özünü biabır edib, deməsəydi bundan yaxşı idi”.

C.Səlimqızı bildirib ki, əgər şou-biznes nümayəndəsinən pul alıb yazı yazan jurnalist varsa, N.Ələsgərli onun konkret adını açıqlasın və bunu sübüt etsin.

 

“Şərq” qəzetinin əməkdaşı Tahirə Məmmədqızı hesab edir ki, ciddi mətbuat orqanı və özünə hörmət edən jurnalist heç vaxt rüşvət almaz. Onun sözlərinə görə, Nüşabə Ələsgərlinin  böyük reklama, tərifli yazılara ehticacı var deyə, kimlərəsə pul verib yazı yazdırıb.

T.Məmmədqızı bildirib ki, jurnalistlər təbii ki, öz zəhmətlərinin qarşılığı olaraq qanorar alırlar. ”Təbii ki, jurnalistlərin qazanc mənbəyi kimi qanorardır. Necə ki, müğənilər toylara qanorar müqabilində gedirlər. Nüşabə Ələsgərli qanorar adı altında rüşvəti nəzərdə tutursa, özünə və qələminə hörmət edən jurnalist rüşvət almır. Görünür Nüşabənin tərifli yazılara ehtiyacı var deyə, cibini böşaltmağı lazım bilib”. 

T.Məmmədqızı bildirib, heç kimin vəzifə başında olan jurnalisti təhqir etməyə ixtiyarı yoxdur. “Əsil jurnalistlər gördüklərini və hadisələri obyektiv işıqlandırırlar. Təbii ki, peşəkar jurnalistlərdən söhbət gedir. Zaman-zaman olur müğənnilər pul dalınça ora-bura, restoranlara qaçanda, qaydaları pozurlar və polislər tərəfindən saxlanılırlar”.

 

“Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova: “Nüşabə belə bir fikir işlədib ki, “əgər jurnalist canfəşanlıq edib məndən müsahibə götürsə, demək mən buna layiqəm və bunun müqabilində jurnalist öz qanorarını alır”.

T.Məhərrəmova bildirib ki, o, Nüşabə Ələsgərlinin bu fikri ilə razı deyil. Belə ki, Nüşabə öz düşündüyü qədər hörmətə layiq sənətçi deyil. “Mən jurnalist olaraq Nüşabə ilə əlaqə saxlamağa, müsahibə almağa canfəşanlıq göstərmərəm. Bunun əvəzində daha hörmətli insanlara vaxt sərv etməyi üstün tutaram”.

T.Məhərrəmova bildirib ki, jurnalistlər də özlərinə bir qədər hörmətlə yanaşmalıdır. “Nüşabə kimi müğənnidən yazmaq əvəzinə daha layiqli sənət nümayəndəsindən yazsalar, onda Nüşabə kimilərin bu cür fikirləri ilə qarşılaşmazlar”.

 

“Reytinq” qəzetinin əməkdaşı Elşad Ümidin sözlərinə görə, jurnalistin yazdığı informasiyanın qarşılığında qanorar alması təbii haldır. Burda başa qaxılası bir şey yoxdur.

E.Ümid hesab edir ki, istənilən halda tanınmış müğənni haqqında informasiya verilir. Onun sözlərinə görə, Nüşabə Ələsgərlinin adı çox vaxt zövqsüz müğənnilər sırasında hallanır və bu xanım ilk beşliyə düşən müğənnilər sırasında deyil.  “Əgər hadisələr mətbuatdan oxudumuz kimi baş veribsə, yəni o, jurnalisti təhqir edibsə, bu, Nüşabənin özünü qeyri-ziyalı kimi aparmasının göstəricisidir”.

 

Sədaqət SÜLEYMANOVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır