Modern.az

Prezident “LUKOIL” və “Statoil” şirkətinin rəhbərləri ilə görüşüb - Yenilənib

Prezident “LUKOIL” və “Statoil” şirkətinin rəhbərləri ilə görüşüb - Yenilənib

19 Yanvar 2017, 00:14

Prezident İlham Əliyev bu gün Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb. Modern.az saytı xəbər verir ki, görüşdə prezident İlham Əliyev Azərbaycan ilə “LUKOIL” şirkəti arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Prezident bildirib ki, şirkətin Azərbaycandakı fəaliyyəti yaxşı tarixə malikdir. Dövlət başçısı “LUKOIL” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirib.

 

Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

 

Söhbət zamanı “Şahdəniz” layihəsi ilə bağlı həyata keçirilən tədbirlər, “LUKOIL” tərəfindən Xəzərin Rusiya sektorunda hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqli, həmçinin dünyada neftin qiymətinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

 

20:44

 

Prezident İlham Əliyev bu gün Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. Modern.az saytı xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, prezident İlham Əliyevin, həmçinin, Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşü olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir