Modern.az

Azərbaycanda ümumi daxili məhsul istehsalı azalıb

Azərbaycanda ümumi daxili məhsul istehsalı azalıb

Aktual

19 Yanvar 2017, 09:22

2016-cı ildə ölkə rezidentləri tərəfindən 59987,7 milyon manatlıq və ya  2015-ci ildəkindən 3,8 faiz az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6 faiz azalması  olub.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5 faiz, sənayedə 0,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1 faiz artıb.

Keçən il sənayedə 22434,5 milyon manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6152,2 milyon manatlıq, tikintidə 6004,4 milyon manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4102,4 milyon manatlıq,  kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3369,6 milyon manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1436,3 milyon manatlıq, informasiya və rabitə sahələrində 1060,2 milyon manatlıq əlavə dəyər yaradılıb.

ÜDM–in 10836,9 milyon manatı iqtisadiyyatın digər sahələrində istehsal edilmiş, məhsula və idxala xalis vergilər 4591,2 milyon manat təşkil edib.

Yola saldığımız ildə ümumi daxili məhsulun 39403,1 milyon manatı, yəni 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin, 34,3 faizi (20584,6 milyon manatı) isə neft-qaz sektorunun  payına düşüb.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən dəyəri 6223,8 manat olub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır