Modern.az

“İnsan hüquqları komitəsi ictimai müzakirələr təşkil edəcək"

“İnsan hüquqları komitəsi ictimai müzakirələr təşkil edəcək"

Aktual

19 Yanvar 2017, 10:42

“Milli Məclisin (MM) İnsan hüquqları komitəsi parlamentin qarşıdan gələn 2017-ci il yaz sessiyasında da qanunların müzakirəsini davam etdirəcək. Yəni, dövrümüzün perspektivləri ilə bağlı istər qanunvericilik təşəbbüsü subyektləri tərəfindən, istər də millət vəkillərinin təşəbbüsü ilə parlamentə, o cümlədən, komitəmizə daxil olan qanunların müzakirəsində aktiv rol alacağıq".

Modern.az xəbər verir ki, bunu MM sədrinin müavini Bahar Muradova sədri olduğu parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

B.Muradova bildirib ki, ümumiyyətlə, qanunvericilik bazasının formalaşdırılması prosesində adıçəkilən komitə mühüm rol oynayır.

"İstər qanun layihələrinin müzakirəsi, istərsə də, bu və ya digər vacib məsələlərlə bağlı ictimai müzakirələrin, dinləmələrin təşkil edilməsi, keçirilməsi bizim başlıca fəaliyyət istiqamətlərimizdəndir. Bu baxımdan, növbəti yaz sesiyasında da bu məsələlərin parlamentin gündəmində qalması istiqəmində səylərimizi davam etdirəcəyik. Yəni, ictimai müzakirələr, dinləmələrlə bağlı məsələlər bu sessiyada da diqqtəmizdə və gündəmimizdə olacaq".


Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır