Modern.az

Bahar Muradova statistika AÇIQLADI

Bahar Muradova statistika AÇIQLADI

19 Yanvar 2017, 11:43

“Milli Məclisin İnsan hüquqları komitəsinin 2016-cı il payız sessiyasında 2 iclası keçirilib. Bu iclaslarda 5 məsələ müzakirə olunub və 3 qanun layihəsi payız sessiyasının müzakirəsinə tövsiyə edilib”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib. O  bildirib ki, payız sessiyasında komitəyə 849 sənəd daxil olub ki, onlardan da 447-si müvafiq orqanlara göndərilib və müsbət həllini tapıb.

 Eyni zamanda, B. Muradova komitə sədri kimi payız sesiyasında 114 nəfəri qəbul edib. Həmçinin, komitənin işçiləri tərəfindən 175 vətəndaş qəbul edilib, onlar dinlənilib.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi