Modern.az

Vitse-spikerdən Lavrovun Qarabağla bağlı açıqlamasına REAKSİYA

Vitse-spikerdən Lavrovun Qarabağla bağlı açıqlamasına REAKSİYA

19 Yanvar 2017, 12:13

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Bahar Muradova ,Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanlarının olduğunu bildirib.

 

“Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”.

 

Vitse-spiker ATƏT-in hazırki sədri Sebastyan Kurtsun Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacaqlarını bəyan etdiyini  xatırladıb.

"Biz buna şübhə etmirik. Amma bu fəallıq məsələnin ədalətli həllinə gətirib çıxaracaqmı?! Sebastyan Kurts bu məsələyə töhfə verə biləcəkmi?! Çünki Azərbaycan artıq necə ildir ki, müəyyən proqnozların özünü doğrultmadığını görür. Bahar Muradova deyib ki, məsələnin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Bir qayda olaraq, Minsk qrupu həmsədrləri buna cağırış edirlər, amma ortada konkret nəticə yoxdur. Fəaliyyətdə olan sədrlər belə çağırışların real əmələ çevrilməsi ilə bağlı fikirlərini bölüşsəydilər, biz ona münasibət bildirə bildirərdik.

"Fəal olacağıq, bu məsələni gündəlikdə saxlamağa çalışacağıq, bu məsələ həll olunmalıdır” kimi çağırışlar fəaliyyətdə olan sədrin üzərinə qoyulan öhdəlikləri yerinə yetirəcəyinə inamı formalaşdırır”.

Deputatın sözlərinə görə, Azərbaycan hər bir zaman Dağlıq Qarabağ münaqişəsinin həllinin nəticəsiz qalmasından narahatlığını bildirib.

 

“Əlbəttə ki, biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin qeyri-fəal olduğunu heç zaman söyləməmişik. Onların ümumilikdə fəaliyyəti hər zaman bir fəal münasibət ortaya qoyduğunu göstərir. Ancaq biz onun nəticələri ilə bağlı narahatlığımızı ifadə etmişik ki, bu da ədalətli mövqedir. Bir qayda olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri bölgəyə coxsaylı səfərlər edirlər, sosial şəbəkələrdə məsələyə münasibət bildirir, açıqlamalar verirlər. Bu məsələ zahirən çox fəal görünür. Amma nəticə yoxdur”.

 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə açıqlamasında Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bildirib.

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər