Modern.az

“Onların “iynəsini” vururam”

“Onların “iynəsini” vururam”

19 Yanvar 2017, 12:22

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Milli Məclisin İnsan hüquqları komitəsi əlindən gələni edir və bu istiqamətdə xeyli iş görüb. Məsələn, Azərbaycan prezidenti xaricdən ölkəmizə gələn beynəlxalq yəhudi diaspor nümayəndələri ilə görüşdən sonra onları Qubaya göndərir ki, burada ölkəmizdəki tolerantlılıq nümunəsi ilə yaxından tanış olsunlar”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Yevda Abramov deyib.

O bildirib ki, Qubaya gələn xarici nümayəndələri  bir azlıqların nümayəndəsi kimi özü qarşılayır və onların lazımı “iynəsini” vurur.

 

“Azərbaycandakı tolerantlılıq, taleyüklü məsələlər, Dağlıq Qarabağ, soyqırıma məruz qalmağımızla bağlı məsələlələr barədə onları yerindəcə məlumatlandırıram. Deyirəm ki, sizə xaricdə bunlarla bağlı səhv məlumatlar verilir. Ən real və doğru məlumatları bizdən alın. Çünki biz faktla danışırıq”-  deyə o vurğulayıb.

Deputat deyib ki, onlara bir balaca qəsəbədə 3 sinaqoqun, məscidin, kilsənin fəaliyyət göstərdiyini göstərir .

 

“Bundan əlavə onları xalqımızın soyqırıma məruz qalaması ilə bağlı yerə aparıram və onlara yetərincə fakt göstərirəm. Soyqırımı muzeyi ilə tanış edirəm”-

Yevda Abramov qeyd edib ki, bu baxımdan  onlara lazım olan “iynələri” vurur.

 

“Yəni, onlar yalan məlumatlara uymasınlar”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir