Modern.az

“Səngərə əlbəyaxa döyüş növü ilə məşğul olan idmançılar lazımdır”

“Səngərə əlbəyaxa döyüş növü ilə məşğul olan idmançılar lazımdır”

25 Yanvar 2017, 15:04

“Bu gün səngərdə futboldan daha çox əlbəyaxa döyüş idman növləri ilə məşğul olan idmançılara ehtiyac var”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

Adil Əliyevin sözlərinə görə, bu gün Azərbaycan gəncləri özlərini xarici film qəhrəmanlarına oxşadırlar.

“Bu gün biz öz idmançılarımızı bölgələrdə təbliğ etsək, qaliblərimizi, qəhrəmanlarımızı onlara göstərsək, bu, onların daha çox xoşuna gələr. Və onlar da özlərini öz qəhrəmanlarımıza oxşadıb bir-birlərini idmanla məşğul olmağa çağıracaqlar.

Biz bu işləri görmək üçün əməli işlərimizi rəsmiyyətə salmaq istəyirik. Onsuz da bizim bu sahədə tədbirləri həyata keçirməkdə heç bir sıxıntımız yoxdur. Dövlət lazımı qədər bu tədbirlərə dəstək olur. Ancaq bizim bu işlərə qoşulmağımızın nəticələri daha gözəl olar”.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir