Modern.az

Gənclər və idman komitəsi bölgələrdə toplantılar keçirəcək

Gənclər və idman komitəsi bölgələrdə toplantılar keçirəcək

Aktual

25 Yanvar 2017, 15:14

Milli Məclisin Gənclər və idman komitəsi  yaz sessiyası çərçivəsində toplantılarını respublikanın müxtəlif bölgələrində keçirmək niyyətindədir.

 

Modern.az xəbər verir ki,  bu barədə Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında bildirilib.  

 

Komitənin 2016-cı il payız sessiyası dövründə gördüyü işlərin hesabatı və 2017-ci ilin iş planı müzakirə olunaraq təsdiq edilib.

2016-cı ilin payız sessiyasında görülən işlər barədə məlumat verən komitə sədri Fuad Muradov bildirib ki, bu müddət ərzində komitəyə 128 müraciət daxil olub .

 

“Biz də, öz növbəmizdə müvafiq dövlət qurumlarına 83 məktubla müraciət etmişik. Komitəyə daxil olan müraciətlərin əksəriyyəti işsizlik, tibbi xidmət, kredit problemi, təhsil və idmanla bağlı olub”.

 

Fuad Muradov deyib ki, komitə yaz sessiyasının iclaslarını respublikanın müxtəlif bölgələrində keçirəcək. Yaz sessiyası dövründə görüləcək işlər barəsində danışan F. Muradov qeyd edib ki, “Gənclər siyasəti haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi komitədə müzakirə olunacaq.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!