Modern.az

Trampın əleyhinə danışan sərnişin təyyarədən qovuldu

Trampın əleyhinə danışan sərnişin təyyarədən qovuldu

Aktual

25 Yanvar 2017, 15:30

ABŞ-da hava şirkətinin sərnişini prezident Donald Trampın tərəfdarları olan yol yoldaşları ilə mübahisədən sonra resydən düşürülüb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan qadın əvvəlcə stüardessadan Trampın tərəfdarı olan kişini onun yanından başqa yerə keçirməsini xahiş edib.

“Siz bu adamın əlini nüvə nöqtəsinə qoymusunuz”, - o, qonşusuna deyib.

 

Sonra bort mühəndisi səyahətçidən təyyarəni tərk etməsini xahiş edib. Sərnişinlər bu qərarı “ABŞ!” deyərək yüksək səslə alqışlayıblar.

Məlumata görə, qalmaqal Alaska Airlines hava şirkətinə məxsus təyyarədə qeydə alınıb.  Şirkətdən əməkdaşlarının bu hərəkətini  bəyəndiklərini bildiriblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar