Modern.az

Sürücünü ələ salan yol polislərinin hər ikisi işdən qovulub - VİDEO

Sürücünü ələ salan yol polislərinin hər ikisi işdən qovulub - VİDEO

25 Yanvar 2017, 16:10

Sosial şəbəkələrdə yol-patrul xidməti inspektorları tərəfindən yük avtomobilinin sürücüsünə qarşı qeyri-etik hərəkətlərə yol verilməsini əks etdirən videogörüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) aparılan xidməti araşdırma başa çatıb. BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, DYP avtomobilində olanlar polis baş serjantları Elvin Mövlamov və Firuddin İdrisovdur. Həmin əməkdaşlardan Firuddin İdrisov 2016-cı ilin dekabrında xidmətdə yol verdiyi digər nöqsanlara görə 13.12.2016-cı il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Elvin Mövlamov isə özünün şəxsi mobil telefonu ilə qeydə aldığı videogörüntülərdəki faktlar təsdiqini tapdığına görə 24.01.2017-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir