Modern.az

“Gənc Əkinçi” Akademiyası II dəfə yenidən başladı

“Gənc Əkinçi” Akademiyası II dəfə yenidən başladı

25 Yanvar 2017, 16:20

 “İRƏLİ” İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə həyata keçirilən yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman diqqət çəkib.

 

“Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq. Əsas hədəflərindən biri də Milli mətbuatımızın ilk nümunəsi olan tarixi “Əkinçi” qəzetinin yaşadılması və gənclər arasında təbliğidir.

Gənc Əkinçi Akademiyasının açılış mərasimində Azərbaycan Mətbuat Şurasının rəhbəri  Əflatun Amaşov nitqində hər bir xalqın inkişafında milli mətbuatın böyük rol oynadığını vurğulamışdır. Əkinçi qəzetinin tarixinə toxunmuş, “Əkinçi” qəzetinin milli şüuru, milli məfkurəni, milli mənliyi oyatması və inkaşaf etməsinə təkan olması haqqında  gənc layihə iştirakçıları əlavə biliklərlə məlumatlandırmış, bununla da mətbuatın inkişafının başlandığını vurğulamışdır. Və bunu da qeyd etmişdir ki, istər əsrin əvvəllərində, istər ortasınada, istərsə də sonlarında jurnalist fəaliyyətinin ən üstün cəhəti xalqın gördüyü işi ölkə daxilində və xaricində işıqlandırmasıdır. 

 

 Bakı Dövlət Universitetinin dekanı, İctimai Televiziya  və Radio yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli Jurnalist peşəsinin çətinliyi, jurnalist etikası mövzusunda fikirlərini səsləndirmiş, ən əsası isə Milli mətbuatımızın əsası olan Əkinçi qəzetindən başlayaraq mətbuat tariximizə toxunmuş, maraqlı məlumatları gənc jurnalistlərlə bölüşmüşdür. 

 Daha sonra isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Mirzəyev çıxış etmişdir.  Ekspert qismində mətbuat ilə bağlı fikirlərini bölüşmüşdür.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov gənclərə hər zaman dəstək olduqlarını bildirib və bu kimi layihələrin qəbulunu vurğulamışdır. Eyni zamanda da sərhəddə yaşayan gənclərin digər regionlarda keçirilən təlim və tədbirlərdə iştirak etdiyini vurğulayıb.

 

Beləliklə açılış mərasimində qonaqlar dövlətimizin 4-cü hakimiyyət adlandırdığı Kiv haqqında və “İRƏLİ” İctimai Birliyi haqqında fikirlərini bölüşüblər.

 

“Gənc Əkinçi” 2015-ci ilin iyul ayının 22-də, 4000 tirajda Gənc Əkinçi qəzetinin ilk nömrəsi çapdan çıxdı və bu Milli mətbuat günümüzdə reallaşdı. Layihənin davamı olaraq həyata keçiriləcək olan akademiyada formalaşan yeni gənc jurnalistlər komandası tərəfindən“Gənc Əkinçi” qəzetinin növbəti nəşrlərinin çap olunmasını hədəfləmişdir. Gənclərin köşə yazıları, Azərbaycanda aparılan gənclər siyasəti haqqında məlumatların, eynisi ilə gənclərin maraq dairələrinə uyğun yeni bir qəzetin yaradılması layihənin davamlı olaraq oxuculara yeni informasiyaların verilməsini təmin edəcəkdir.

Qeyd edək ki, Gənc Əkinçi Akademiyası 2015-ci ildə İsmayıllı rayonunda baş tutmuşdur.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi