Modern.az

Keçmiş baş nazir hakim partiyadan çıxdığını bəyan etdi

Keçmiş baş nazir hakim partiyadan çıxdığını bəyan etdi

25 Yanvar 2017, 18:30

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan hakim Respublikaçılar Partiyasının üzvlüyündən çıxdığını bəyan edib.

 

 

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, o, bununla bağlı özünün Facebook səhifəsində məlumat yayıb.

 

 

“Mən həyatımda vacib və çətin bir qərar qəbul etdim: Ermənistan Respublikaçılar Partiyasında üvlüyümü dayandırıram. Mən bu qərarla bağlı çox düşündüm. Etiram edirəm ki, bu mənim üçün asan olmadı, çünki həyatımın əhəmiyyətli bir hissəsini – hardasa 20 ilini bu partiyaya həsr etmişəm”, - Ovik Abramyan vurğulayıb.

 

 

Keçmiş baş nazir keçmiş və indiki dövlət məmurlarına, vilayətlərin keçmiş və indiki rəıhbərlərinə, Ermənistanın şəhər və kəndlərinə, minlərlə erməniyə birgə əldə etikləri uğurlara görə təşəkkürünü də bildirib.

 

 

Ovik Abramyan Republikaçılar Partiyasından getsə də, ancaq fəal siyasətlə məşğul olacağını da xüsusi qeyd edib.

 

“Mən Ermənistan adına yaşamaqda və işləməkdə davam edəcəyəm. Bizim ölkəmizi və xalqımızı Allah qorusun”, - keçmiş baş naziri yazıb.

 

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı