Modern.az

“Eurovision” qalibi toya hazırlaşır

“Eurovision” qalibi toya hazırlaşır

25 Yanvar 2017, 20:02

“Eurovision-2016” beynəlxalq mahnı müsabiqəsinin qalibi, ukraynalı müğənni Camala sevgilisi Bəkir Süleymanovla tezliklə evlənəcək. Modern.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, müğənni etiraf edib ki, bu böyük bayramı nişanlısı ilə xalq ənənəsinə uyğun təşkil edəcəklər.

“Şən və müasir Krım tatar toyu olacaq. İstəyirəm ki, qonaqlarımız əvvəllər heç vaxt belə tədbirlərdə iştirak etmədiklərinin şahidi olsunlar, şənliyin bütün gözəlliyini yaşasınlar: Şərq yeməyi və musiqisi, milli adət-ənənələr və Krım tatar toyunun təkrar olunmazlığını görsünlər”, - Camala söyləyib.

“Eurovision” qalibi onu da deyib ki, gələcək həyat yoldaşı ilə birgə yaşayacaqları məkanı hazırlayırlar: "Bu, Kiyev şəhər rəhbərliyinin “Eurovision”qalibi kimi ona hədiyyə etdiyi mənzil olacaq".

“Bəkir hər şeyə nəzarət edir, ona görə ki, o məndən daha yaxşı baş çıxarır: həm rəqəmlərdə, həm də vaxtla bağlı. Mən çox şadam və ona minnətdəram ki, bu işin əziyyətini öhdəsinə götürüb”, - Camala etiraf edib.

Xatırladaq ki, bu 33 yaşlı Camalanın ilk evliliyi olacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir