Modern.az

Qarabağda döyüşən erməni özünü partlatdı

Qarabağda döyüşən erməni özünü partlatdı

Aktual

25 Yanvar 2017, 20:17

Yanvarın 25-də Yerevanda faciəli və müəmmalı insident qeydə alınıb.  Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, saat 13:30-da Fövqəladə Hallar Nazirliyinə Yerevanın Davidaşen rayonunda partlayış baş verdiyi haqda məlumat daxil olub.

 

Hadisə yerinə gələn xilasedicilər və polis mənzilin eyvanında kişi meyiti aşkar ediblər. Mənzilin pəncərəsinin şüşüələri qırılıb, mebellər dağılıb. İlkin məlumata görə, mənzildə qumbara partladılıb.

 

Məlum olub ki, ölən 62 yaşlı Razmik Faraşyandır.

 

Onun Qarabağ müharibəsində, eləcə də ötən ilin aprel döyüşlərində iştirak etdiyi bildirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı