Modern.az

Reynaldo Türkiyə klubuna gedir

Reynaldo Türkiyə klubuna gedir

Aktual

25 Yanvar 2017, 22:16

"Qarabağ"ın futbolçusu Reynaldonun Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir. Modern.az saytı xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, braziliyalı futbolçu sabah "Adanaspor"la rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə gedəcək.

 

Məlumatı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov təsdiqləyib. O, danışıqların yekunlaşmaq üzrə olduğunu deyib: "Bir neçə klub Reynaldoyla maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq".

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar