Modern.az

Qar uçqunu altında qalan oteldə ölənlərin sayı 25 nəfərə çatıb

Qar uçqunu altında qalan oteldə ölənlərin sayı 25 nəfərə çatıb

Aktual

25 Yanvar 2017, 22:26

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış “Rigopiano” otelində ölənlərin sayı 25 nəfərə çatıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, xilasedicilər qarın altından qadın  meyitini çıxarıblar.

 

Bundan əvvəl hadisə nəticəsində 18  nəfərin öldüyü bildirilirdi. Hazırda 4 nəfər itkin düşmüş hesab edilir.  Davam edən xilasedici əməliyyat nəticəsində 11 nəfər xilas edilib. Qar uçqunu yanvarın 18-də bölgədə qeydə alınmış bir neçə zəlzələdən sonra baş verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu