Modern.az

Şəlalə donaraq buz dağı yaratdı - VİDEO

Şəlalə donaraq buz dağı yaratdı - VİDEO

25 Yanvar 2017, 23:06

İlisu dağlarından axan bir neçə şəlalə donub. Modern.az saytı xəbər verir ki, “ARB Şəki”nin məlumatına görə, onlardan biri də Ramramay şəlaləsidir. Təqribən 75 metr hündürlükdən axan şəlalənin töküldüyü yerdə böyük buz dağı yaranıb. Sərt dağların arasındakı şəlalənin donması təbiətin gözəlliyinə əsrarəngiz bir gözəllik qatır. Şəlalənin ətəyində yayda təxminən 15-20 metr radius məsafəyə sərin su səpələnirdisə, indi həmin ərazidə buz dağı əmələ gəlib.

 

Kənd sakinlərinin dediyinə görə, İlisuda 6 ay qış olur və hər il bu vaxtı şəlalə donur. Şəlaləyə gedən yol qış aylarında qarlı olduğu üçün ora getmək heç də asan olmur. Amma çətinliklərə baxmayaraq, bu gözəl mənzərəni seyr etmək ücün qışda da şəlaləyə gedən turistlər olur. Kənd sakinlərinin dediyinə görə, dağların arasıyla yuxarı getdikcə daha bir neçə şəlaləyə rast gəlmək olur ki, onlar da hazırda donmuş vəziyyətdədir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir