Modern.az

Deputatın seçicilərlə görüşləri davam edir (Fotolar)

Deputatın seçicilərlə görüşləri davam edir (Fotolar)

Parlament

28 Mart 2011, 11:59

Novruz bayramı münasibətilə qeyri-iş gününün olmasına baxmayaraq deputat Novruz Aslanov mart ayının 24-də İsmayıllı rayon mərkəzində yerləşən ofisində seçicilərin növbəti qəbulunu keçirmişdir.

Fərdi qaydada sakinləri qəbul edən deputat ilk olaraq onları bayram münasibətilə təbrik etmiş, qaldırılan məsələləri diqqətlə dinləmiş və həlli istiqamətində müvafiq addımlar atmışdır. Müraciətlər əsasən müalicə, işlə təminat, maddi və digər yardımlar ilə bağlı olmuşdur. Bəzi məsələlər yerindəcə həll edilmiş, digər məsələlər üçün müvafiq strukturlara müraciətlərin edilməsi nəzərdə tutulmuşdur.

Məlumat üçün bildirək ki, N.Aslanov bu bayram günlərində İsmayıllı rayonuna 2-ci səfərini etmişdir. Hər həftənin 4-cü günü öz seçicilərini qəbul etmək deputatın əsas iş prinsiplərindən biridir. Bu ənənə uzun illərdən bəri formalaşmış və sistematik olaraq həyata keçirilməkdədir. Bu günə kimi daxil olmuş müraciətlərin böyük əksəriyyəti icraya yönəldilmiş, xüsusilə yardımlar barədə edilən müriciətlər demək olar ki, həll edilmişdir. 

Müraciətlərin bəzilərini diqqətinizə çatdırırıq:

1.         Abdullayev Nadir- Hacıhətəmli kəndi, müalicəsinə köməklik,

2.         Şəfaqətova Gülzar-Diyallı kəndi, maddi yardım,

3.         Babayev Fəyaz-Yuxarıbaş kəndi, iki gözündə əməliyyata köməklik,

4.         Əliyev Tavariş-Soltankənd kəndi, evi yanıb, yardım edilib, 1 ədəd çıdır istəyir,

5.         Sadıqov Sədaqət-Müdrü kəndi, müalicəsinə köməklik,

6.         Hətəmov Bəhərçin- İsmayıllı şəhəri, torpaq sahəsi barədə,

7.         Soltanov Çinqiz-Mican kəndi, işlə təminat,

8.         Bağırov Tural-Mican kəndi, gözündə əməliyyatın edilməsinə köməklik,

9.         Mehdiyeva İlhamə-İsmayıllı şəhəri, ərzaq yardımı edildi,

10.      Kərimov Heydər- təşəkkürünü bildirdi.

 

 

 

 

 

 

Deputatın qərargahı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır