Modern.az

Gəncədə mənzil yandı, ev sahibi öldü

Gəncədə mənzil yandı, ev sahibi öldü

Aktual

26 Yanvar 2017, 10:02

Ötən gecə Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü