Modern.az

“BakuBus”un sürücüsü sərnişini xilas etdi - FOTO

“BakuBus”un sürücüsü sərnişini xilas etdi - FOTO

Aktual

26 Yanvar 2017, 11:06

Bu gün “BakuBus” MMC-ə məxsus 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücüsü Oqtay Novruzov sərnişinin həyatını xilas edib.

Hadisə şahidi Xəlilli Arazın Modern.az-a verdiyi məlumata görə, olay  bu gün səhər Tibilisi prospektində, “"Chirag" plazanın qarşısında 09:15 radələrində baş verib:

“Mən işə gələrkən avtobusun dayandığını və sürücünün sərnişinə yardım etdiyini gördüm. Məlum oldu ki, gənc oğlanın dili qatlanıb. Sürücü heç nəyə baxmadan oğlanın dilini saxladı. Onun əlindən qan axırdı, amma dözürdü. Təcili yardım maşını təxminən 30 dəqiqədən sonra gəldi. Daha sonra həkimlər onu maşınla xəstəxanaya apardılar”.

 

Digər şahid Şaiq Hacıyevin saytımıza bildirdiyinə görə, ilkin olaraq hamı gəncin öldüyünü bilib:

“Elə bildik ürəyi gedib. Amma sonra məlum oldu ki, dili qatlanıb. Təcili yardım çox gec gəldi. Həkim özü də sürücüyə dedi ki, müdaxilə etməsəydi, gənc ölərdi. Sürücünün əlləri kəsik-kəsik olmuşdu, qan axırdı. Vətəndaş olaraq sağ ol deyirəm ona”.

 

Hadisənin qəhrəmanı sürücü Oqtay Novruzov da Modern.az-a açıqlamasında i təfərrüatı danışıb:

"Chirag" plazanın yanında idim. Sükan arxasında olarkən müşahidə kamerasında ayaq üstdə dayanan orta yaşlı kişi sərnişinin yıxıldığını gördüm. Dərhal ona yaxınlaşıb yardım etdim. Çünki Sürücü Təlim Mərkəzində kursda olarkən bunları öyrənmişdim. Daha sonra onu yerə düşürdük. Dili qatlanmışdı. Şükürlər olsun ki, onu xilas edə bildik. Hazırda həmin xəstə xəstənadadır, vəziyyəti yaxşıdır”.

 “BakuBus”un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, bütün sürücülər sürücü vəzifəsinə təyin olunmazdan əvvəl Sürücü Təlim Mərkəzində kurslara cəlb olunur:

“Onlara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı nəzəri və praktiki dərslər keçirilir”.

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi