Modern.az

London polisi AZAL-ın bələdçilərini sərbəst buraxdı

London polisi AZAL-ın bələdçilərini sərbəst buraxdı

26 Yanvar 2017, 11:54

London polisi tərəfindən saxlanılan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bələdçiləri artıq sərbəst buraxılıb".

Bu haqda Modern.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

 

P.Kəsəmənski bələdçilərin yaxın vaxtlarda Azərbayacana qayıdacağını açıqlayıb.

 

AZAL-ın mətbuat xidmətindən xidmətinin yaydığı açıqlamada qeyd edilib ki, yanvarın 24-də dövlət şirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

 

Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

 

Aviareys yerinə yetirildikdən sonra Hitrou hava limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?