Modern.az

Viktoriya Nuland Dövlət Departamentindən gedir

Viktoriya Nuland Dövlət Departamentindən gedir

26 Yanvar 2017, 12:23

ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland vəzifəsindən ayrılacaq

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Amerikanın xarici siyasət idarəsini eyni anda bir neçə karyeralı diplomat da tərk edəcək.

Nulanddan başqa, postlarından gedənlər dövlət katibinin köməkçiləri Coys Barr  və Mişel Bond, dövlət katibinin administrativ-təsərrüfat hissəsi üzrə müavni Patrik Kennedidir.

Hazırda dövlət katibi vəzifəsini Dövlət Departamentinin keçmiş rəhbəri Con Kerrinin müavini Tomas Şennon icra edir.

ABŞ-ın yeni prezidenti bu posta Reks Tillersonun namizədliyini irəli sürsə də, hələ ki Senatda təsdiqlənməyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü