Modern.az

“Xəzər” Universitetindən “Azərbaycan müəllimi” qəzetinə etiraz

“Xəzər” Universitetindən “Azərbaycan müəllimi” qəzetinə etiraz

26 Yanvar 2017, 12:40

 “Azərbaycan müəllimi” qəzetinin 20.01.2017  tarixli 2-ci nömrəsində (//muallim.edu.az/content/?category=arxiv&issue=02-017&content_id=24) dərc olunmuş “Ali təhsil müəssisələrinin 2016-cı ildə impakt-faktorlu beynəlxalq jurnallarda dərc olunmuş elmi məqalələrinin statistikası haqqında məlumat” adlı xəbər “Xəzər” Universitetinin etirazına səbəb olub.

Universitetin İctimaiyyətlə əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli Modern.az-a bildirib ki, bu xəbərdə verilən statistika Web of Science elmi platforması rəsmi statistika ilə, nəinki üst-üstə düşür, ciddi şəkildə təhrif olunub.

Web of Science dünyada təbiət elmləri, ictimai elmlər, incəsənət və humanitar elmlər sahələri üzrə elmi jurnalları indeksləşdirən, biblioqrafik məlumat toplayan ən məşhur beynəlxalq elmi platformadır. Belə bir mötəbər mənbənin məlumatlarının bu şəkildə təhrif edilməsi böyük təəssüf hissi doğurur. “Azərbaycan müəllimi” qəzetinin redaksiyasından veerilən məlumata görə bütün rəqəmlər ali məktəblər tərəfindən təqdim edilib və məlumatın doğruluğu üçün ali məktəblərin özləri məsuliyyət daşıyırlar. Amma, istənilən halda, uyğun məlumatlar ciddi şəkildə yoxlanılmalıydı. Ali məktəblərdən alınmış məlumatlar qaynaqlarla yoxlanılmamış və nəticədə, ictimaiyyətə həqiqətdən çöx uzaq bir informasiya çatdırılıb. Qeyd edək ki, qəzetdə dərc edilmiş statistik rəqəmlərdən yalnız 2-si doğrudur (“Xəzər”  Universiteti və Gəncə Dövlət Universiteti). Onu da qeyd etməyi özümüzə borc bilirik ki, belə statistika müəllim və elmi işçilərin sayına nisbətdə verilir. Bu baxımdan, “Xəzər Universiteti”, ADA Universiteti və Milli Aviasiya Akademiyası digərilərindən fərqlənirlər. Adı çəkilıən bu universitetlər adambaşına düşən məqalə sayına görə irəlidədirlər”.

“Xəzər” Universiteti məsələyə aydınlıq gətirmək üçün Web of Science elmi platformasındakı rəsmi məlumatı “Azərbaycan müəllimi” qəzetində verilən məlumatla müqayisəli cədvəl şəklində təqdim edib.

“Qeyd edək ki, Web of Science elmi platformasında, “Azərbaycan müəllimi” qəzetində qeyd olunmayan digər 5 universitetin və Azərbaycan Milli Elmlər Akademiyasının da 2016-cı ildə çap olunmuş nəşrləri haqqında statistik məlumat əks olunub”,-deyə universitet bildirib.


Ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən 2016-cı ildə Thomson Reuters Web of Science  beynəlxalq jurnallarında çap olunmuş nəşrlərin sayı haqqında statistik məlumat

 

 

Universitetin/Təşkilatın adı

“Azərbaycan Müəllimi” qəzətində verilən  məlumat

Web of Science elmi platformasında olan statistik məlumat

(25.01.2017)

 

Azərbaycan Dövlət İqtisad Universiteti

253

5

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

192

51

 

Bakı Dövlət Universiteti

165

172

 

Azərbaycan Texniki Universiteti

165

21

 

Sumqayıt Dövlət Universiteti

54

5

 

Azərbaycan Dillər Universiteti

48

11

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

41

7

 

Bakı Slavyan Universiteti

32

1

 

Xəzər Universiteti

15

15

 

Naxçıvan Dövlət Universiteti

9

3

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti

9

6

 

Azərbaycan Dövlət Aqrar Universiteti

8

2

 

Gəncə Dövlət Universiteti

7

7

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

1

0

 

Mingəçevir Dövlət Universiteti

1

0

 

Azərbaycan Milli Elmlər Akademiyası

-

 404

 

Azərbaycan Tibb Universiteti

-

26

 

Milli Aviasiya Akademiyası

-

17

 

ADA Universiteti

-

11

 

Odlar Yurdu Universiteti

-

5

 

Azərbaycan Turizm və Menecment Universiteti

-

2

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir