Modern.az

Havalar pisləşəcək - Nazirlikdən XƏBƏRDARLIQ

Havalar pisləşəcək - Nazirlikdən XƏBƏRDARLIQ

26 Yanvar 2017, 13:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən ayın sonunadək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında yanvarın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.


Modern.az

 

            

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir