Modern.az

Gözdən əlillərdən ŞİKAYƏT: “Təqaüdləri vaxtında ala bilmirik”

Gözdən əlillərdən ŞİKAYƏT: “Təqaüdləri vaxtında ala bilmirik”

26 Yanvar 2017, 14:09

Birinci qrup gözdən əlil olan insanlar 6 aydır ki, vaxtlı-vaxtında 160 manat təqaüdlərini ala bilmirlər.

Bu barədə Modern.az saytına Sumqayıt şəhərində yaşayan  birinci qrup gözdən əlil Fariz Hüseynov məlumat verib.

“6 aydır ki, biz təqaüdlərimizi hər ay vaxtında ala bilmirik. Gecikmələr çox olur. Bununla bağlı müvafiq yerlərə müraciət edəndə dərhal deyirlər ki, “büdcədə pul yoxdur”. Necə ola bilər ki büdcədə pul olmasın. Hətta, üçüncü qrup gözdən əlillərin təqaüdləri keçən ay verilməyib. Bəzilərinin isə kart hesablarına müavinətin yarısı yüklənib. Biz istəyirik ki, bununla bağlı problemlər yoluna qoyulsun. Biz də gözümüzü o müavinətə dikmişik”.

P.S. Şikayətlə bağlı qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.


Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi