Modern.az

İŞİD Suriyada azərbaycanlı qadını 2 uşağı ilə birlikdə öldürüb

İŞİD Suriyada azərbaycanlı qadını 2 uşağı ilə birlikdə öldürüb

26 Yanvar 2017, 14:48

Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb.

 

APA-nın “middleeastpress.com”a istinadən verdiyi məlumata görə, öldürülən uşaqlar 7 yaşlı qız və 3 yaşlı oğlan olub.

 

Məlumata əsasən, qadının əri Fikrət Əliyev Suriyada döyüşən qruplaşmalardan birinə qoşulmaq üçün 2015-ci ilin əvvəllərində ailəsi ilə birlikdə bu ölkəyə köçüb.

 

F. Əliyev qruplaşmaya qoşulduqdan 4 ay sonra öldürülüb. 

 

Onların Suriyaya hansı ölkədən gəldikləri barədə məlumat verilmir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir