Modern.az

Akif Aşırlının 31 mart soyqırımına dair kitabı işıq üzü görüb

Akif Aşırlının 31 mart soyqırımına dair kitabı işıq üzü görüb

Media

28 Mart 2011, 13:11

«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlının «31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında» kitabı işıq üzü görüb. Kitab ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edir. Soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr kitabda öz əksini tapıb. «Azərbaycan», «İstiqlal», «Hümmət» kimi mətbu orqanlarıyla yanaşı ilk dəfə olaraq adı mətbuat tariximizə daxil edilən 1918-ci ildə Tiflisdə nəşr olunan «Qardaş qayğısı» qəzetində çap olunmuş məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək oxuculara çatdırılıb. Bununla yanaşı kitabda əslən Maştağadan olan Seyidağa Axundzadənin 1919-cu ildə «Turan» mətbəəsində çap olunmuş «Mart hadisəsi 1918...» kitabı da ilk dəfə olaraq müasir əlifbada işıq üzü görərək kitaba daxil edilib.

Xatırladaq ki, S.Axundzadənin qələmə aldığı bu kitab mart soyqırımı tarixşünaslığı üçün ilk anadilli mənbə hesab edilə bilər.

«31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında» kitabı «Elm və Təhsil» nəşriyyatı tərəfindən çap edilib. Martın 29-da saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalında kitabın təqdimatı keçiriləcək. Təqdimat mərasimində millət vəkilləri, tarixçilər, KİV rəhbərləri, ail məktəblərin jurnalistika fakültəsinin müəllimləri iştirak edəcəklər.   

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi