Modern.az

Prezident pensiya islahatları ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim edib

Prezident pensiya islahatları ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim edib

26 Yanvar 2017, 16:17

Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, layihə yanvarın 31-də bununla bağlı yaradılan İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə Milli Məclisə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını qeyd edib.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır