Modern.az

Azərbaycan qaraçıları deputatdan iş istəyirlər...

Azərbaycan qaraçıları deputatdan iş istəyirlər...

Hadisə

27 Yanvar 2017, 13:58

Dünyadakı köçəri xalqlardan biri də Hind-Avropa mənşəyinə mənsub olan qaraçılardır. Qaraçılar Bolqarıstan, Moldova, Rusiya, Kosovo, Makedoniya kimi ölkələrdə  daha sıx məskunlaşıblar. Azərbaycanda da bu etnik qrupa tez-tez rast gəlmək olur. Qaraçılar Azərbaycanda əsasən Yevlax və Ağdaş rayonları ərazisində məskən salıblar. Əsas məşğuliyyətləri dilənçilik olan qaraçılar  demək olar ki, bu işlə heç də az gəlir əldə etmirlər. Onların əksəriyyəti Azərbaycanda qeydiyyatsız, pasportsuz yaşayır. Azərbaycanda onların  dəqiq sayı isə bilinmir. Hətta bəzilərinin uşaqları  icbari təhsilə də cəlb olunmayıblar.

 

Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, Yevlaxdan olan deputat İlham Məmmədov Modern.az-a açıqlama verib.

 

İlham Məmmədov qaraçıların əksəriyyətinin təhsilə cəlb olunduğunu deyib.

“Onların bir çoxu Yevlaxda olan məktəblərdə təhsil alırlar. Mən Yevlax Təhsil şöbəsindən də bu məsələ ətrafında danışıqlar aparmışam. Onlar deyirlər ki, “biz qaraçıların böyük bir əksəriyyətini təhsilə cəlb etmişik”. Düzdür, içərilərində elələri də var ki, təhsildən yayınırlar. Buna da səbəb, onların özlərinə məxsus adət-ənənələrinin olmasıdır. Adət-ənənələri ilə əlaqədar təhsildən yayınma halları olarsa, aiddiyyatı orqanlardan onlara məktub göndərilir. Amma əksəriyyəti birinci sinifdən müəyyən yaş qrupuna kimi təhsil alırlar. Əvvəllər olan hallara indi az-az rast gəlinir. Hətta onların arasında yaxşı idmançılar da var. Bizim hər birimiz onlara kömək etməliyik ki, cəmiyyətə daha yaxşı inteqrasiya olunsunlar. Daha da həvəsləndirməliyik. Onda daha da yaxşı nəticələr əldə edə bilərik”.


Deputat bildirib ki, əksər insanlar harda bir dilənən görürsə, deyir ki, bunlar qaraçıdır, özü də Yevlax qaraçıları.


“Bu yalan fikirdir. Biz onlara el arasında “qaraçı” deyirik. Onların hamısı pasportda “azərbaycanlı” kimi qeyd olunub. Bunlar təkcə Yevlaxda deyil, Azərbaycanın digər rayonlarında da var. Sadəcə Yevlax mərkəz, qovşaq olduğuna görə axın daha çox ora olub. Onların vaxtilə Yevlaxda yaşadığı iki ərazi olub. Onun biri avtovağzal, digəri isə Kür çayının körpüsü tərəfdir. Hazırda qaraçıların kompakt yaşadığı küçələr  düzəldilib. Evləri də indi normal vəziyyətdədir. Hətta mənə də qaraçılardan işlə bağlı müraciətlər edənlər olub. Onlar bu gün Yevlaxın ictimai işlərində fəallıq göstərirlər ”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür