Modern.az

Hava şəraitinə görə Bakı-Ufa aviareysi təxirə salındı

Hava şəraitinə görə Bakı-Ufa aviareysi təxirə salındı

Aktual

27 Yanvar 2017, 14:38

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq Bakıdan Rusiyanın Ufa şəhərinə axşam saat 23:20-də nəzərdə tutulan təyyarə reysləri təxirə salınıb. Bu haqda Modern.az-a sərnişinlər məlumat verib.

Qeyd edək ki, Bakı-Ufa reyslərini Rusiyanın «RusLayn» aviaşirkəti həyata keçirir.

Məsələnin aktuallığını nəzərə alaraq Modern.az  “Azərbaycan Hava Yolları” QSC-nin  (AZAL) mətbuta xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə də əlaqə saxlayıb.

 

P.Kəsəmənski Modern.az-a deyib ki, AZAL-ın resylərində heç bir təxirə salınma yoxdur:

“Biz hazırda tam ştat olaraq çalışırıq”.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib. 

 

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!