Modern.az

“Mənə nəsə olsa, sual verdiyinizə görə cavabdeh olacaqsınız?” - ATV-dən direktorun ölümü ilə bağlı AÇIQLAMA

“Mənə nəsə olsa, sual verdiyinizə görə cavabdeh olacaqsınız?” - ATV-dən direktorun ölümü ilə bağlı AÇIQLAMA

27 Yanvar 2017, 15:32

171 saylı orta məktəbin direktoru Telman Qardaşov qəfildən dünyasını dəyişib. Onun ölümündə isə ATV telekanalının “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılou ittiham olunur.

 

Modern.az-a açıqlama verən ATV rəsmisi ittihamları absurd adlandıraraq, məsələni belə şərh edib:

“Öncəliklə həmin şəxsə Allahdan rəhmət diləyirəm. Sonrasında qeyd edim ki, ATV-də gün ərzində 50-60 nəfərdən müsahibə götürülür. ATV onların hamısının səhhətinə görə cavabdeh deyil. İkincisi də, həmin çəkiliş 20-25 gün bundan əvvəl reallaşıb”.

 

Şirkət rəsmisi sözlərinə “siz də bizə bu sualı ünvanlayırsınız. Sabah mənə bir şey olsa, siz cavabdeh olacaqsınız? Onda deyəcəklər ki, sonuncu dəfə Modern.az açıqlama almışdı. Ona görə ürəyi pis oldu öldü. Axı bu absurd fikirdir. 1 saat sonra başımıza nə gələcəyini bilmirik. Bizi 25 gün sonra dünyasını dəyişən insana görə ittiham etmək hansı çərçivəyə sığır?”.

"Yoxlama” verilişinin aparıcı Azər İsmayılov bir müddət əvvəl Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə olub və məktəb rəhbərliyinin razılığı olmadan çəkiliş aparıb.

İddialara görə çəkiliş yayımlandıqdan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problem yaranıb. Vəziyyəti ağırlaşan direktor artıq dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və ciddi nöqsanlar aşkar edib.

 

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır