Modern.az

İƏT-də Azərbaycanın təşəbbüsü dəstəkləndi

İƏT-də Azərbaycanın təşəbbüsü dəstəkləndi

27 Yanvar 2017, 16:34

Yanvarın 24-25-də Mali Respublikasının Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏTPİ) daimi ixtisaslaşmış komitələrinin iclasları keçirilib.

 

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təşkilatın siyasi məsələlər və xarici əlaqələr daimi komitəsinin iclasında iştirak ediblər.

Komitənin iclasında Milli Məclisin nümayəndə heyətinin təşəbbüsü ilə təklif edilmiş 3 qətnamə layihəsi – Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair, 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasına dair, İƏTPİ, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu arasında əməkdaşlığa dair qətnamə layihələri müzakirə edilib. Hər üç qətnamə layihəsi üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, komitə iclasında qəbul olunub və təsdiq olunması üçün İƏTPİ Konfransının 12-ci Sessiyasına göndərilib.

 

Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayəti insanlığa qarşı cinayət və soyqırımı kimi bir daha tanımış oldu və üzv parlamentləri Xocalı soyqırımını tanımağa çağırdı. Habelə İttifaq “Xocalıya ədalət!” kampaniyasını dəstəklədiyini bir daha təsdiq etdi.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir