Modern.az

Keçmiş nazir Sərkisyana ultimatum verdi

Keçmiş nazir Sərkisyana ultimatum verdi

Aktual

27 Yanvar 2017, 18:56

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan hakim Respublikaçılar Partiyasını tərk edəndən sonra bu partiya üzvlərinin sayı azalacaq.

 

Modern.az bildirir ki, bu haqda “Jamanak” (“Zaman”) qəzeti yazıb.

 

Qəzetin öz mənbələrinə istinadən yazdığına görə, keçmiş nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan prezidenr Serj Sərkisyanla dünənki söhbəti zamanı xəbərdarlıq edib.

 

 

Beqlaryan deyib ki, əgər Respublikaçılar Partiyasının Ağsaqqallar Şurasına keçiriləcək seçkilərdə Yerevandakı siyahısına rəhbərlik  etməsə, böyük qrupla hakim partiyadan gedəcək.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı